logo

Bakıda 19° isti olacaq

14:42 05-02-2020 | icon 2107
Bakıda 19° isti olacaq

Azərbaycanda fevralın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7°, gündüz 15-19° isti, Bakıda gecə 5-7°, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 753 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı ehtimal edilir.