logo

Ərdoğan Ukraynaya səfər edəcək

15:43 01-02-2020 | icon 273
Ərdoğan Ukraynaya səfər edəcək

Fevralın 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya işgüzar səfərə gələcək.

YeniAvropa Ukrayna prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan rəsmi qarşılanma mərasimindən sonra Ukrayna-Türkiyə biznes forumunda iştirak edəcək.

Forumda əsas müzakirə mövzularından biri Ukrayna ilə Türkiyə arasında Azad Ticarət Sazişinin imzalanması olacaq. Regional layihələrin həyata keçirilməsi, ticarət dövriyyəsinin artırılması və digər maraq doğuran məsələlərlə bağlı da müzakirələr aparılacaq.