logo

Hindistanda bank işçilərinin ümummilli tətili başlayıb

12:10 31-01-2020 | icon 3143
Hindistanda bank işçilərinin ümummilli tətili başlayıb

Hindistanda bank sahəsinin milyondan çox işçisi yanvarın 31-də ikigünlük ümummilli tətilə başlayıblar. Tətil bütün ölkə üzrə bank əməliyyatlarına təsir göstərə bilər.

YeniAvropa xəbər verir ki, "NDTV" telekanalının yaydığı məlumata görə, aksiyaya əsasən dövlət banklarının əməkdaşları qoşulacaq. Bəzi özəl banklar isə işi davam etdirəcək. Bir çox banklar, o cümlədən Hindistan Dövlət Bankı tətilin bankomatların işinə, nağd vəsaitlərin köçürülməsi və çıxarılması əməliyyatlarına, kreditlər verilməsinə təsir göstərəcəyi barədə müştərilərinə xəbərdarlıq ediblər.

İşi dayandırmağa bank sferasının doqquz iri həmkarlar ittifaqının daxil olduğu “Bank ittifaqlarının birləşmiş forumu” çağırıb. Aksiya iştirakçıları əməkhaqqının və pensiyanın artırılması, pensiyaların hesablanması qaydalarının dəyişdirilməsi, beşgünlük iş həftəsinin tətbiq olunması və digər tələblər irəli sürüblər.