logo

Çində keçiriləcək dünya çempionatı təxirə salınıb

18:44 30-01-2020 | icon 371
Çində keçiriləcək dünya çempionatı təxirə salınıb

Çinin Nancinq şəhərində keçirilməsi nəzərdə tutulan atletika üzrə qapalı məkanda dünya çempionatı koronavirusla əlaqədar təxirə salınıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə qərar Dünya Atletikası tərəfindən qəbul olunub. Çempionatın 2021-ci ilin martında təşkili nəzərdə tutulub.

Koronavirusla əlaqədar aprelədək Çində bütün idman tədbirləri ləğv olunub. Ölkədə bu epidemiyaya yoluxan 6 minədək insandan 130-u ölüb.

Mundialda Azərbaycan atletlərindən Nazim Babayev və Aleksis Kopello da iştirak edəcəklər.