logo

Türkiyənin “Mərmərə Qrupu” Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək

13:22 26-01-2020 | icon 238
Türkiyənin “Mərmərə Qrupu” Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək

Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi fevralın 9-da Azərbaycanda keçiriləcək Milli Məclisə seçkilərdə müşahidəçi qismində iştirak edəcək.

YeniAvropa xəbər verir ki,seçkilərdə bu missiya ilə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasından onlara dəvət göndərilib. Vəqf seçkilərdə professor Akkan Suver və qrupun digər üzvlərindən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq.

Professor əminliklə bildirib ki, Azərbaycan bu seçkilərlə demokratiya istiqamətində daha bir mühüm addım atacaqdır.