logo

İlham Əliyev Avstraliya İttifaqının qubernatorunu təbrik edib

16:17 25-01-2020 | icon 595
İlham Əliyev Avstraliya İttifaqının qubernatorunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının general-qubernatoru Devid Con Hörliyə Avstraliya Günü münasibətilə təbrik məktubu göndərib.

YeniAvropa xəbər verir ki,dövlət başçısı Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasındakı dostluq əlaqələrinin və əməkdaşlığın inkişafının bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəyini bildirib.

Prezident Avstraliya İttifaqının general-qubernatoruna möhkəm cansağlığı, işlərində uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.