Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, narkotik vasitə ilə tutulmuş T.Əhmədovun ətrafında Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun Ümid qəsəbəsi ərazisində gizlətdiyi 2 kiloqram 590 qram heroin və 555 qram tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.