“AÇG” və “Şahdəniz” yataqlarından 528,4 milyon ton neft hasil edilib
“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından bu vaxtadək 528,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2019-cu ildə görülmüş işlərə dair hesabatda deyilir.
Bildirilir ki, AÇG və “Şahdəniz” yataqları istismara veriləndən bu il yanvarın 1-dək təqribən 528,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bunun 500,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 28 milyon tonu isə “Şahdəniz”in (kondensat) payına düşür.
2019-cu ildə neft (kondensat) hasilatı təqribən 37,5 milyon ton olub ki, bu da 2018-ci ilin hasilat göstəricisindən (38,8 milyon ton) 1,3 milyon ton, yəni 3,5 faiz azdır.
2018-ci il dekabrın 6-da Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və qeyri-OPEC ölkələrinin “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində toplantı keçirilib, OPEC və qeyri-OPEC ölkələri üçün yeni hasilatın azalma səviyyəsi müəyyən edilib. Belə ki, OPEC-in baş katibi Məhəmməd Barkindonun müvafiq məktubuna əlavə olunmuş cədvələ əsasən, Azərbaycan üçün 2019-cu ilin 6 ayı ərzində orta gündəlik neft hasilatı 776 min barrel müəyyən edilmişdir. Yəni, 2018-ci ilin sentyabr ayının faktiki orta gündəlik 796 min barrel neft hasilatından 20 min barrel az. Vyanada “OPEC plus” nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. “Əməkdaşlıq Xartiyası”na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub. Hesabat dövrü ərzində orta gündəlik neft hasilatı təqribən 765 min barrel təşkil edib. Dövr ərzində ümumilikdə ölkəmiz tərəfindən hasilat üzrə nəzərdə tutulmuş azalma səviyyəsi orta gündəlik 20 min barreldən əlavə olaraq 11 min barel təşkil edib ki, bu da öhdəliyin 31 min barrel azaldılması, yəni 155 faiz yerinə yetirilməsidir.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır