logo

Türkiyədə 5.4 bal gücündə zəlzələ olub

23:35 22-01-2020 | icon 2436
Türkiyədə 5.4 bal gücündə zəlzələ olub

Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda Rixter cədvəli ilə 5.4 bal gücündə zəlzələ baş verib.

 YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Yeraltı təkan yerli vaxtla saat 22.22-də qeydə alınıb.

Təkan ətraf bölgələrdə, o cümlədən İstanbul və Bursada hiss olunub. Əhali zəlzələni böyük təlaşla qarşılayıb.

Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.