logo

Davosda "Azəri-Çıraq-Günəşli" üzrə yeni layihəyə dair müzakirələr aparılıb

19:57 22-01-2020 | icon 308
Davosda "Azəri-Çıraq-Günəşli" üzrə yeni layihəyə dair müzakirələr aparılıb

Prezident İlham Əliyev yanvarın 22-də Davosda "BP" şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

YeniAvropa xəbər verir  ki, görüşdə TANAP layihəsinin artıq istifadəyə verildiyi, TAP-ın isə bu ilin axırınadək hazır olacağı qeyd edildi.

Söhbət zamanı "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsinin növbəti mərhələsi üzrə yeni layihəyə dair müzakirələr aparılıb. Prezident İlham Əliyev bunun çox mühüm layihə olduğunu bildirib.

Prezident bu ilin fevralında Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlər səviyyəsində görüşünün keçiriləcəyini qeyd edib.

Robert Dadli "BP"nin öz fəaliyyətində ətraf mühitin qorunmasına daha böyük əhəmiyyət verəcəyini deyib.