Bakıda Milad bayramı münasibətilə qəbul təşkil edilib
Yanvarın 14-də Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Milad bayramı münasibətilə qəbul təşkil edib.
YeniAvropa xəbər verir ki, tədbirdə çıxış edən arxiyepiskop Aleksandr İşein Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadıqlarını bildirib. Multikulturalizmin və tolerantlığın xalqımızın həyat tərzinə çevrildiyini söyləyən Aleksandr İşein bu dəyərlərin Azərbaycanın dini həmrəylik mühitinin, sivilizasiyalararası dialoqun təşəkkülündə və inkişafında mühüm rol oynadığını qeyd edib.
Yeparxiyanın ölkəmizdə 21 ildir fəaliyyət göstərdiyini vurğulayan Aleksandr İşein bildirib: “Azərbaycanda dini icmamızın fəaliyyəti üçün hər cür imkan yaradılıb. Bakıda icmamıza aid kilsələr fəaliyyət göstərir. Ölkədəki tolerant mühit hər bir dinin nümayəndəsinin sərbəst ibadətinə imkan verir. Bu sahədə dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Mən Prezident İlham Əliyev tərəfindən dəfələrlə ali mükafatlarla təltif olunmuşam. Bu, dini icmalara göstərilən diqqətin təzahürüdür”.
Arxiyepiskop qeyd edib ki, bu gün insanlar bəşəriyyətin inkişafını ləngidən və bu tərəqqiyə mənfi təsir göstərə bilən problemlərlə üz-üzə qalıblar. Bu problemlərdən biri də cəmiyyətdə dini və milli ayrı-seçkiliyin baş verməsidir. Bu problemlərdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan qüvvələrin olduğunu deyən arxiyepiskop bildirib ki, din xadimləri dindən siyasi məqsədlər üçün istifadənin qarşısını almalıdırlar.
Sonra Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Rəşad Əliyarlı Şeyxülislam Allahşükür Paşazadənin pravoslav xristian icmasının nümayəndələrinə təbrik məktubunu oxuyub.
Məktubda bildirilib ki, Azərbaycanda millət və din fərqi olmadan hər kəs dini ibadətlərini rahat şəkildə yerinə yetirir. Dinindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları Prezident İlham Əliyevin diqqət və qayğısını öz üzərində hiss edir.
Qeyd olunub ki, ölkəmizdəki pravoslav dini icmasının üzvləri digər icmalarla daim dostluq və əməkdaşlıq şəraitində yaşayırlar. İcma ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin inkişafı istiqamətində mühüm işlər görüb. Bu, həm də dinlər və sivilizasiyalar arasında dialoqun inkişafına böyük töhfə verir.
Sonra çıxış edən Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev Azərbaycanda hökm sürən tolerant və multikultural mühitdən danışıb, Milad bayramı münasibətilə pravoslavları təbrik edib.
Tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun rəhbərləri və nümayəndələri, ölkəmizdəki xarici dini konfessiyaların təmsilçiləri iştirak ediblər.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır