logo

Sərbəst güləşçilərimiz Türkiyədə komanda hesabında birinci oldular

18:26 12-01-2020 | icon 532
Sərbəst güləşçilərimiz Türkiyədə komanda hesabında birinci oldular

İstanbulda keçirilən sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinə yekun vurulub.

YeniAvropa xəbər verir  ki,  ümumilikdə 4 qızıl, 1 gümüş və 6 bürünc medal əldə edən kişilərdən ibarət millimiz komanda hesabında 180 xalla 1-ci yeri tutub.

Sərbəst güləşçilərimizdən Abubakr Abakarov (79 kq), Aslanbek Alborov (92 kq), Camaləddin Məhəmmədov (125 kq) qızıl, İntiqam Vəlizadə (61 kq) gümüş, Hacımurad Hacıyev (74 kq) və Şamil Zubairov (92 kq) isə bürünc medala sahib olub.

Yarışlarda Türkiyə komandası 2-ci, Gürcüstan yığması isə 3-cü olub.

Sonuncu yarış günündə qadın güləşçilərimizdən Tatyana Omelçenko (62 kq) gümüş, onunla eyni çəkidə çıxış edən Elmira Qəmbərova isə bürünc medal qazanıb. Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan qadınlardan ibarət yığmamız 99 xalla komanda hesabında 2-ci yeri tutub. Türkiyə 1-ci, Bolqarıstan isə 3-cü olub.

Qeyd edək ki, memorialda beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev ədaləti qoruyub.