logo

Şimal bölgəsində qar yağdı, temperatur -12°-dək endi

23:18 11-01-2020 | icon 1988
Şimal bölgəsində qar yağdı, temperatur -12°-dək endi
Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.
 
YeniAvropa xəbər verir  ki,  bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb. Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 5 sm, Qusarın Ləzə kəndində isə 8 sm-ə çatıb. 
 
Ən aşağı temperatur isə Qubanın Qrız kəndində qeydə alınıb. Burda temperatur -12°-dək enib.