logo

Tramp Kim Çen Inın ad gününü təbrik etdi

13:51 10-01-2020 | icon 707
Tramp Kim Çen Inın ad gününü təbrik etdi

ABŞ prezidenti Donald Tramp Cənubi Koreya prezidenti Mun Ce-in vasitəsilə KXDR lideri Kim Çen Ina rəsmi ad günü təbriki göndərib. 

YeniAvropa Koreyanın "Yonhap" agentliyinə istinadla xəbər verir ki, Şimali Koreya liderinin ad günü yanvarın 8-nə təsadüf edir. Cənubi Koreya prezidentinin administrasiyası Donald Trampın məktubunu KXDR rəhbərliyinə çatdırıb.

Qeyd edək ki, 2019- cu ilin iyununda KXDR və ABŞ liderləri demilitarizasiya zonasına səfər öncəsində də məktublaşmışdılar.

Xatırladaq ki, 2019-cu il iyunun 30-da KXDR və ABŞ liderləri demilitarizasiya zonasında yerləşən Phanmuncom yaşayış məntəqəsində görüşmüşdülər. Donald Tramp görüş zamanı iki dövlət arasındakı demarkasiya xəttini keçərək Şimali Koreya ərazisinə ayaq basan ilk ABŞ Prezidenti olub.