logo

Bakıda mənzildə yanğın olub, üç şri-lankalı tələbə qız ölüb

10:09 10-01-2020 | icon 4137
Bakıda mənzildə yanğın olub, üç şri-lankalı tələbə qız ölüb

Bakının Səbail rayonu Xanlar küçəsində yerləşən ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib.

YeniAvropa Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bildirir ki, ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb.

Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 3 nəfərin  meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Mənzil yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Yanğın zamanı ölən şəxslərin kimliyi də müəyyənləşib.Onlar  Qərbi Kaspi Universitetinin şri-lankalı tələbələri - 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayuki olublar. 

Tələbə qızlar iki ay imiş ki, həmin mənzildə məskunlaşıblarmış. Yanğını ilk olaraq qonşulardan biri görüb və həmin şəxs tələbə qızların qaldığı pəncərəni sındıraraq onlara kömək etmək istəyib. Ancaq artıq gec olub, qızlar yatmış vəziyyətdə zəhərlənərək ölüblər.