logo

Vilayət Eyvazov DYP-nin Alay komandirini də işdən çıxardı

20:51 09-01-2020 | icon 2611
Vilayət Eyvazov DYP-nin Alay komandirini də işdən çıxardı

Bakı şəhər Dövlət Yol Polisinin Alay komandiri polkovnik Rəşadət Babayev işdən çıxarılıb.

 YeniAvropa xəbər verir  ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin imzalaığı digər bir əmrlə isə  Bakı şəhər Dövlət Yol Polisinin Alay komandiri vəzifəsinə polkovnik-leytenant Malik İbrahimov təyin edilib.

Qeyd edək ki, Rəşadət Babayev Alay komandiri ilə yanaşı, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində rəis müavini idi. O, bu vəzifəni ötən ilin oktyabrında itirib. Həmin vaxt onun yerinə polkovnik-leytenant Rəşid Piriyev gətirilmişdi. 

Ötən gün isə daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Rəşid Piriyev Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi təyin edilib. O, bu vəzifədə  polis polkovniki Nuşirəvan Səfərovu əvəzləyib.