logo

Sumqayıtda yataqxanada 2 meyit aşkarlanıb

11:10 09-01-2020 | icon 2058
Sumqayıtda yataqxanada 2 meyit aşkarlanıb

Sumqayıt şəhərin 18-ci məhəlləsində yerləşən yataqxanaların birində 2 meyit aşkar olunub.

YeniAvropa xəbər verir  ki, qonşular "102" mərkəzinə zəng edib, mənzildən üfunət iyi gəldiyi bildiriblər. Müraciət əsasında müvafiq qurumlar mənzilin qapısını açaraq içəridə 2 nəfər kişinin meyitini aşkarlayıblar.

Araşdırma nəticəsində onların içki məclisindən sonra ehtiyatsızlıqdan mənzildə yanğın törətdiyi məlum olub. Onların məhz tüstüdən zəhərlənərək öldükləri istisna olunmur.

Ölənlərdən birinin şəxsiyyəti də məlum olub. Bu, 1964-cü il təvəllüdlü Şıxıyev Abil Murtuz oğludur. Digər şəxsin kimliyi hələlik məlum deyil.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.