logo

Binəqədidə narkotacir saxlanıldı 

10:09 09-01-2020 | icon 2184
Binəqədidə narkotacir saxlanıldı 

Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, bölməyə Binəqədi qəsəbəsində bir nəfərin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs, qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hüseyn Bilalov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,358 qram, yaşadığı evin həyətində yarımtikilidə gizlətdiyi yerdən isə əlavə olaraq 1 kiloqram 510 qram narkotik vasitə - heroin aşkarlanaraq götürülüb.

Polis bölməsində H.Bilalovun ətrafında əlavə əməliyyat tədbirləri keçirilən zaman onun başqa cinayətlər törətməsi də məlum olub. Araşdırma zamanı onun Binəqədi rayonunda 1 evdən və 7 maketdən pul, tütün məmulatları, kombi aparatı, mobil telefonlar oğurladığı da müəyyənləşib. H.Bilalovun marketlərdən oğurluq etməsi həmin obyektlərin təhlükəsizlik kameraları vasitəsilə də anbaan qeydə alınıb.

Faktla bağlı saxlanılan şəxs barəsində 43-cü polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. H.Bilalov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.