logo

Qazaxıstanın bəzi vilayətlərində fırtına xəbərdarlığı elan edilib

23:55 08-01-2020 | icon 2338
Qazaxıstanın bəzi vilayətlərində fırtına xəbərdarlığı elan edilib

Qazaxıstanın Qaraqanda, Aktobe, Kostanay, Aktyubinsk və Türküstan vilayətlərində yanvarın 9-na fırtına xəbərdarlığı elan edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ölkənin bəzi vilayətlərində hava dumanlı olacaq, yollar buz bağlayacaq.

Qazaxıstanın “Qazhidromet” xidməti tərəfindən bununla bağlı əhaliyə müvafiq xəbərdarlıq edilib, küçələrə çıxmamaq tövsiyyə olunub.