logo

557 deputatlığa namizəd qeydə alınıb

22:53 07-01-2020 | icon 2184
557 deputatlığa namizəd qeydə alınıb

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün bu günədək 2330 namizəd müraciət edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov  qurumun bügünkü iclasında məlumat verib.

Onun sözlərinə görə,  müraciət edən şəxslərin 2203 nəfərinin namizədliyi artıq təsdiq olunub:

"Onlardan 2075 nəfəri isə imza vərəqələrini artıq götürüb. 874 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 557 nəfəri deputatlığa namizəd kimi qeydə alınıb",-deyə MSK sədri vurğulayıb.