logo

Qubada itkin düşən 3 yaşlı qız tapılıb

20:49 07-01-2020 | icon 2149
Qubada itkin düşən 3 yaşlı qız tapılıb

Qubada itkin düşən 3 yaşlı qız tapılaraq ailəsinə verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Quba rayon sakini Aslan İslamov gecə saatlarında rayon polis şöbəsinə müraciət edərək üç yaşlı qızı Ayla İslamlının yaşadıqları evin həyətindən çıxaraq itkin düşməsi barədə məlumat verib.

Quba RPŞ-nin əməkdaşları dərhal rayon ərazisində axtarışlara başlayıblar. Keçirilmiş axtarış tədbirləri nəticəsində itkin düşən 3 yaşlı qız polis əməkdaşları tərəfindən qısa bir müddətdə tapılaraq ailəsinə təhvil verilib.