logo

Kəmaləddin Heydərovun Qəbələdəki  hoteli bağlandı 

10:30 07-01-2020 | icon 3710
Kəmaləddin Heydərovun Qəbələdəki  hoteli bağlandı 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova bağlı olduğu söylənilən Qəbələdəki "Qafqaz Resort Hotel" bağlanıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə  haotelin də daxil olduğu "Gilan Holdinq" məlumat yayıb. Məlumatda qeyd edilir ki, hotel cari təmir işləri ilə əlaqədar fəaliyyətinin dayandırıb. 

Təmir işləri yanvar ayından may ayınadək davam etdiriləcək. Yay mövsümündə hotelin yenidən turistlərin istifadəsinə veriləcəyi qeyd edilir. 

Qeyd edək ki, 5 ulduzlu "Qafqaz Resort Hotel" fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia edilən "Gilan Holdinq"in Qəbələdə açdığı ilk hoteldir. 

Ümumilikdə götürdükdə baş ofisi Bakıda yerləşən "Gilan Holdinq"ə müxtəlif biznes strukturları daxildir. 
Bunlar inşaat, turizm, kənd təsərrüfatı, logistika və gündəlik tələbat malları sahələrini əhatə edir.

"Gilan Turizm"ə  Qəbələdəki "Qəbələnd" istirahət və əyləncə parkı, "Qəbələ" Oteli, "Gilan" Oteli, Yengicə İstisu Sağlamlıq Mərkəzi, Heydər Əliyev adına Konqres Mərkəzi, "Pullman Baku", "Qafqaz Baku City Hotel & Residences", "Qafqaz Park Hotel", "Qafqaz Resort Hotel", "Qafqaz Point Hotel", "Qafqaz Riverside", "Qafqaz Resort Hotel", "Qafqaz Sport Hotel", "Qafqaz Sahil Hotel" və "Cresсent Beach Hotel"i daxildir.

"Gilan Tikinti"yə "Inspection Development Monitoring", Qəbələ Asfalt zavodu, Qəbələ Tikinti Məhsulları Müəssisəsi, Gilan Seramik Zavodu və "Lotos" şirkətləri daxildir.

"Gilan Sənaye" müəssisələri kənd təsərrüfatı, tekstil, qida, kimyəvi maddələr və texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlər toplusudur. Bu şirkətlər "Agro-Azərinvest", "Bakı CD" emalı zavodu, "Qəbələ Fındıq Emalı zavodu", "Gilan Agrotech", "Beltmann Piano zavodu", "Qəbələ Konserv Zavodu", "Lənkəran Konserv Zavodu", "Gilan Lift zavodu", "Gilan" dəyirmanları, "Gilan Zeytun", "Gilan Plastik", "Gilan Servis", "Gilan Dəri emalı zavodu", "Gilan Çay istehsalı", "Gilan Tekstil parkı" aiddir.

 
 
0
 
Ana səhifəyə qayıt