logo

Növbədənkənar parlament seçkilərində 458 namizəd təsdiq edilib

18:50 06-01-2020 | icon 2226
Növbədənkənar parlament seçkilərində 458 namizəd təsdiq edilib

Fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün bu günədək 2296 namizəd müraciət edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, 463 nəfər 19 siyasi partiya, 17 nəfər təşəbbüs qrupları tərəfindən, 1816 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb.

"Onlardan 2146 nəfərinin namizədliyi artıq qeydə alınıb, 2017 nəfəri isə artıq imza vərəqələrini alıb. 774 nəfər imza vərəqələrini qaytarıb. 458 nəfərin namizədliyi təsdiq olunub".