logo

Prezident ölkədəki narazılığa görə Monteneqroya səfərini təxirə saldı

09:21 06-01-2020 | icon 623
Prezident ölkədəki narazılığa görə Monteneqroya səfərini təxirə saldı

Serbiya prezidenti Aleksandr Vuçiç Milad bayramı münasibətilə Monteneqroya planlaşdırdığı səfərini ölkədə dini haqlar ilə bağlı qəbul edilmiş qanundan sonra yaranan narazılıqlar səbəbindən təxirə salıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Monteneqro tərəfi  hazırkı vəziyyətdə planlaşdırılan səfərin təxirə salınmasını düzgün addım kimi qiymətləndirib.

Xatırladaq ki, ötən ay Monteneqro hökuməti dini qurumlarla bağlı qanun qəbul edib. Qanuna əsasən, ölkədə fəaliyyət göstərən bütün icmalar 1928-ci ilədək olan fəaliyyətlərini sübut etməlidir. Bu qərara etiraz edən serb dini icmasının mitinqləri isə davam etməkdədir. Çünki yeni qanun Serb Pravoslav Kilsəsinin Monteneqrodakı mülkiyyətinə əl qoyur.

Qeyd edək ki, Monteneqro 2006-cı ilə keçirilən referendum nəticəsində Serbiyadan müstəqilliyini elan etsə də, hazırda ölkədə 620 min serb yaşamaqdadır. Onlar rəsmi Belqrad ilə sıx əməkdaşlıq tələb edirlər.