logo

Xorvatiyada sosial-demokrat prezident seçkilərində qalib oldu

22:55 05-01-2020 | icon 2373
Xorvatiyada sosial-demokrat prezident seçkilərində qalib oldu

Sosial-Demokrat partiyasının namizədi Zoran Milanoviç Xorvatiyada keçirilən Prezident seçkilərində qalib gəlib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Xorvatiya Dövlət Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, Sosial-Demokrat müxalifət partiyasının namizədi Zoran Milanoviç seçicilərin 52,92 faiz səsini qazanaraq Xorvatiyada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib. Hazırki ölkə prezidenti Kolinda Qrabar-Kitaroviç seçicilərin yalnız 47,08 faiz səsini qazana bilib.

Seçkidə 3,85 milyon seçici iştirak edib. Bunlardan 177 mini xaricdə yaşayan xorvatlardır.