logo

Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub

21:29 02-01-2020 | icon 728
Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

YeniAvropa  türk mətbuatına istinadla xəbər verir  ki, dövlət başçıları ikitərəfli münasibətlərlə bərabər, Liviya və Suriya böhranları daxil olmaqla regional vəziyyəti müzakirə ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İraqdakı səfirliyinə qarşı törədilən qanunsuz hərəkətlərin başa çatmasından məmnunluğunu ifadə edib. Regional məsələlərin həllində diplomatik cəhdlərin əhəmiyyətini vurğulayan prezidentlər ikitərəfli münasibətlərin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsindən razılıqlarını ifadə ediblər.