logo

Tofiq Musayev “Rizin Gran Prix 2019”un çempionu olub

17:57 31-12-2019 | icon 3185
Tofiq Musayev “Rizin Gran Prix 2019”un çempionu olub

Dekabrın 31-də MMA üzrə ən nüfuzlu turnirlərdən olan “Rizin Gran Prix 2019”un final döyüşü keçirilib.

 YeniAvropa xəbər verir  ki, Yaponiyada turnirin final mərhələsi çərçivəsində həmyerlimiz Tofiq Musayev və braziliyalı Patrik Freire üz-üzə gəliblər.

Hakimlərin yekun qərarına əsasən Tofiq Musayev hər üç raundda rəqibindən üstün olub. Beləliklə, Tofiq “Rizin Gran Prix 2019” turnirinin qalibi elan edilib.

Qeyd edək ki, həmyerlimiz bundan əvvəl oktyabrın 12-də Yaponiyada avstraliyalı rəqibi Damien Braunla qarşılaşıb və cəmi altı dəqiqəyə ona qalib gəlib. Daha sonra amerikalı Conni Keys ilə qarşılaşan idmançımız rəqibinə vaxtından əvvəl qalib gəlib.