Prezident İlham Əliyev 2020-ci il mayın 9-da Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi münasibətilə keçiriləcək hərbi paradda və bayram tədbirlərində iştirak edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə prezident İlham Əliyev Rusiyanın “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
Prezident MDB-nin Sankt-Peterburqda keçirilən sonuncu qeyri-formal sammitində Rusiya prezidentindən belə bir dəvət aldığını bildirib.
"Mən gələn il 9 May gününü Moskvada keçirməyi planlaşdırıram. Vladimir Vladimiroviç Putindən dəvət almışam. Adətən mən həmin günü Bakıda veteranlarla birgə qeyd edirəm. Bu dəfə isə - 5 il bundan əvvəl Qələbəmizin 70 illiyini qeyd edəndə olduğu kimi, Moskvada olacağam",-deyə İlham Əliyev bildirib.