logo

27 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

21:43 29-12-2019 | icon 245
27 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyədək 1808 nəfər müraciət edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında məlumat verib. Onun sözlərinə görə, namizədlərin 350 nəfəri 18 siyasi partiya tərəfindən irəli sürülüb: “11 nəfər təşəbbüs qrupları tərəfindən, 1447 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.

M. Pənahov bildirib ki, müraciət edən şəxslərin 1348 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub:

“Onlardan 1142 nəfəri imza vərəqələrini artıq götürüb, 159 nəfəri imza vərəqini qaytarıb. 27 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Deputatlığa qeydə alınanlardan 1-i siyasi partiya üzvüdür. 74 nəfər  sə seçkilərdə iştirakını dayandırıb”.