logo

11 ayda ölkəyə 40 minədək avtomobil gətirilib

17:35 29-12-2019 | icon 315
11 ayda ölkəyə 40 minədək avtomobil gətirilib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 39 min 988 olub.

 YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, ölkəyə gətirilən avtomobillərin 494-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 36 min 61-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 3261-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 172-si isə xüsusi təyina35tlı motorlu nəqliyyat vasitəsidir.