logo

Axtarışda olan 29 nəfər saxlanılıb

15:51 27-12-2019 | icon 2261
Axtarışda olan 29 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 19 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli yeddi fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.