logo

"BMW" 312 min avtomobili geri çağırır

17:22 24-12-2019 | icon 875
"BMW" 312 min avtomobili geri çağırır

Almaniyanın məşhur şirkəti "BMW" Çin bazarında satdığı 312 min avtomobili yanacaq çənindəki qüsurlara görə geri çağırır.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,  bu barədə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb.

Bildirilir ki, dekabrın 27-də başlayacaq proses çərçivəsində “BMW Group”un Çindəki müştərək müəssisəsi olan “BMW Brilliance Automotive”in 2011-2016-cı illərdə istehsal etdiyi BMW 3-cü seriya modelindən müxtəlif modifikasiyalı avtomobillər geri çağırılacaq.

Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, nasaz çənlər yanacaq çatışmazlığına, o da öz növbəsində təhlükəsizlik risklərinin çoxalmasına səbəb ola bilər.

“BMW Brilliance Automotive” nasaz detalları öz hesabına dəyişəcəyini bəyan edib.