logo

Noyabrda ölkəyə 4531 avtomobil gətirilib

14:11 24-12-2019 | icon 791
Noyabrda ölkəyə 4531 avtomobil gətirilib

Noyabrda Azərbaycana idxal olunan avtomobillərin sayı 4531 olub.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.Qeyd edilib ki, ölkəyə gətirilən avtomobillərin 53-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 4127-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 282-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 24-ü isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.