logo

Ərdoğan İlham Əliyevin ad gününü təbrik edib

13:31 24-12-2019 | icon 2331
Ərdoğan İlham Əliyevin ad gününü təbrik edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də prezident İlham Əliyevə telefonla zəng edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Bildirilir ki, Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı və tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev iki ölkənin dövlət başçıları arasında keçirilən görüşlərin əlaqələrimizin inkişafındakı rolunu xüsusi qeyd ediblər. Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.