“Evro2020”nin biletləri satışa çıxarılıb
Futbol üzrə “Evro2020”nin oyunları üçün biletlər dekabrın 4-dən satışa çıxarılıb. Bilet satışının ikinci mərhələsinin bu tarixdə başlanması noyabrın 30-da keçirilən püşkatmadan sonra komandaların hansı qrupda və ev sahibi şəhərlərdə oynamasının müəyyənləşməsi ilə bağlıdır.
YeniAvropa AFFA-nın saytına istinadla xəbər verir ki, azarkeşlər dekabrın 4-də saat 17:00-dan dekabrın 18-də saat 17:00-dək ancaq www.euro2020.com/tickets saytı vasitəsilə “Evro2020” oyunlarına biletlər üçün müraciət edə biləcəklər. Hər bir oyuna bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, bilet satışı lotereya sistemi vasitəsilə həyata keçiriləcək. Lotereyanın qalibləri onlara e-maillə bildiriş gəldikdən sonra ödənişi həyata keçirib biletləri əldə edəcəklər. Əgər lotereyada iştirak edən müraciət edənlərin sayı satışa buraxılan bilet sayından az olarsa boş qalan biletlər yanvardan etibarən birbaşa satışa çıxarılacaq.
Müraciət edənlər özləri də daxil olmaqla, maksimum 4 bilet ala bilər. Oyunlara biletlər üç kateqoriya üzrə müvafiq olaraq 125, 70 və 30 avro məbləğində təklif olunur. Fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan biletlər oturacağın yerindən asılı olmayaraq, ən aşağı qiymətə satılan üçüncü kateqoriya biletləri ilə eyni qiymətə - 30 avroya satılacaq və onları müşayiət edən bir nəfər üçün bilet pulsuz veriləcək.
Çempionata ev sahibliyi edəcək digər 9 şəhərdən fərqli olaraq Bakı, Buxarest və Budapeştin ev sahibliyi edəcəyi oyunlar üçün biletlər daha ucuz qiymətlə təklif olunur.
“Evro2020” rəsmi qonaqpərvərlik satış paketləri (VIP biletlər) haqqında məlumat əldə etmək istəyənlər EURO2020.com/hospitality linkinə keçid etməlidirlər.
Əvvəlcədən də məlum olduğu kimi, A qrupunun 3 oyunu – həmçinin dörddəbir final mərhələsinin bir qarşılaşması – Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıblar. İyunun 13-də Uels-İsveçrə, dörd gün sonra Türkiyə-Uels, ayın 21-də İsveçrə-Türkiyə oyunları Bakı Olimpiya Stadionunda keçiriləcək. İyulun 4-də dörddəbir final mərhələsinin qarşılaşması Bakıda təşkil olunacaq.
A qrupunda mübarizə aparacaq İtaliya milli komandası qrup mərhələsindəki hər üç oyununu Romadakı “Olimpiko” stadionunda keçirəcək.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır