logo

2020-ci ildə NATO ölkələrinin müdafiə xərcləri 130 milyard dollar artacaq

13:50 04-12-2019 | icon 245
2020-ci ildə NATO ölkələrinin müdafiə xərcləri 130 milyard dollar artacaq

NATO ölkələrinin ümumi müdafiə xərcləri 2016-cı illə müqayisədə 2020-ci ildə 130 milyard dollar, 2024-cü ildə isə 400 milyard dollar artacaq.

 YeniAvropa  xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq deyib. O, həmçinin NATO ölkələrinin tarixdə ilk dəfə London sammitində Çinin hərbi imkanlarının artmasına münasibət bildirəcəklərini də qeyd edib.

“Çin hazırda ABŞ-dan sonra həcminə görə dünyada ikinci hərbi büdcəyə malikdir. Bu yaxınlarda onlar yeni hərbi imkanlar, o cümlədən yeni nüvə silahı növləri əldə ediblər. Biz buna birlikdə cavab verməliyik”, - deyə NATO-nun baş katibi bildirib.

Qeyd edək ki, NATO-nun bundan əvvəlki toplantılarında Çin yalnız ABŞ-ın təqdimatı ilə və onun komponentlərinin alyans ölkələrinin aparıcı hərbi texnikalarında istifadəsinin məhdudlaşdırılması və Çin kompaniyalarının Qərbdəki 5G texnologiyalarına əlçatanlığının azaldılması kontekstində xatırlanırdı.

Xatırladaq ki, NATO-nun materiallarına əsasən, Alyansa daxil olan bütün 29 dövlətin hərbi xərcləri 2019-cu ildə 987 milyard dollar təşkil edib.