logo

SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub

17:29 03-12-2019 | icon 224
SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub

Dekabrın 3-də Dövlət Neft Şirkətində yeni vitse-prezidentin kollektivə təqdimat mərasimi keçirilib. 

YeniAvropa xəbər verir  ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilib ki, “SOCAR Tower”də təşkil olunan mərasimdə təqaüd yaşına çatdığı üçün şirkətin neftin, qazın nəqli və neft təsərrüfatı üzrə vitse-prezidenti Rəhman Qurbanovla vidalaşıblar, eyni zamanda  onun yerinə təyin edilən vitse-prezident Daşqın İsgəndərovun kollektivlə görüşü olub.