logo

Azərbaycan prezidenti rusiyalı həmkarına başsağlığı verib

17:53 02-12-2019 | icon 189
Azərbaycan prezidenti rusiyalı həmkarına başsağlığı verib

Prezidenti İlham Əliyev dekabrın 2-də Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir: 

"Hörmətli Vladimir Vladimiroviç. 

Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi. Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

Xatırladaq ki, Rusiyanın Zabaykalye regionunda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində iki uşaq da daxil olmaqla 19 nəfər həyatını itirib. Sretensk şəhərindən Çitaya gedən avtobusun donmuş Kuenqa çayı üzərindəki körpüdən aşdığı bildirilir. Rusiyanın Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata əsasən, 22 nəfər xəsarət alıb, onlardan üçünün vəziyyəti ağırdır. 14 nəfər Nerçinsk və Sretensk şəhərlərinin xəstəxanalarına yerləşdirilib. Avtobusda 43 sərnişin olub.

İlkin məlumatlara əsasən, fəlakətə səbəb təkərin partlaması olub. Bunun nəticəsində sürücü idarəetməni itirib və avtobus körpüdən çaya düşüb.