logo

Parlamentin buraxılması Milli Məclisin plenar iclasına çıxarılır

11:49 02-12-2019 | icon 2198
Parlamentin buraxılması Milli Məclisin plenar iclasına çıxarılır

Bu gün, dekabrın 2-də Milli Məclisin plenar iclasında parlament çoxluğunu təşkil edən hakim Yeni Azərbaycan Partiyası (YAP) parlamentin buraxılması ilə bağlı Milli Məclisə ünvanlandığı müraciətə baxılacaq. 

YeniAvropa xəbər verir  ki, Oqtay Əsədovun sədrliyi ilə keçiriləcək iclasın gündəliyinə yalnız bir məsələ daxil edilib.

Məsələyə baxıldıqdan sonra Azərbaycan Prezidentinə müraciət ünvanlanacaq.

Qeyd edək ki, ötən həftə hakim partiyanın Siyasi Şurasın iclasında parlamentin buraxılmasının zəruriliyini belə əsaslandırıb ki, Milli Məclisin indiki tərkibi prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatlarla ayaqlaşmır.

Xatırladaq ki, 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilərin nəticəsində formalaşmış 125 nəfərlik parlamentdə 11 siyasi partiya təmsil olunur. Parlamentdəki deputat mandatlarının əksəriyyəti (70) Yeni Azərbaycan Partiyasının üzvlərinə məxsusdur.  Yetərsay üşün isə 83 səs tələb olunur. YAP-a meyilli siyasi partiya və bitərəf deputatları da bura əlavə etsək, parlamentin buraxılması qərarının qəbulunda elə bir çətinliyin yaranmayacaq. 

Digər tərəfdən isə , Konstitusion prosedura əsasən  Milli Məclisin buraxılması üçün onun üzvlərinin əksəriyyətinin mandatlarından imtina etməsi əsas götürülə bilər. Prezident YAP-dan olan deputatların mandatlarından imtina haqda müraciətini əsas götürərək Milli Məclisin buraxılması və  növbədənkənar seçkilərin təyin edilməsi haqda sərəncam verə bilər.