logo

Növbədənkənar parlament seçkiləri  gələn il fevralın 2-də keçiriləcək-İDDİA

23:10 01-12-2019 | icon 252
Növbədənkənar parlament seçkiləri  gələn il fevralın 2-də keçiriləcək-İDDİA

Azərbaycanda növbədənkənar parlament seçkiləri  2020-ci ilin fevralın 2-də keçiriləcək.

YeniAvropa xəbər verir  ki,bu barədə parlamentdəki etibarlı mənbəyə istinadla "etikxeber.az" məlumat yayıb.
Mənbənin məlumatına görə, Milli Məclisin sabahkı  toplantısında dövlət başçısına yeni seçkilərin keçirilməsini nəzərdə tutan müraciət ünvanlanacaq. Bunun ardınca  axşam saatlarında sonra ölkə prezidenti tərəfindən növbədənkənar seçkilərlə bağlı sərəncamın verilməsi gözlənilir.

Sabah-dekabrın 2-də,sərəncam imzalandıqdan sonra seçki (səsvermə) günü gələn ilin fevral ayının 2-nə təyin ediləcək. 
Belə ki, sərəncam veriləcəyi təqdirdə, seçki prosesi dekabrın 4-dən başlayacaq və 60-gün ərzində- 2020-ci ilin fevralın 2-cən davam edəcək: 
“Bizdə olan məlumata görə, seçkilər fevralın 2-də keçiriləcək. Çünki gecikmə üçün də elə bir səbəb yoxdur. Beləliklə seçkilər fevralın 2-də baş tutacaq və həmin gün VI çağırış parlamentin üzvləri seçiləcək”-deyə, mənbə bildirib.