logo

"Evro2020": Bakı Olimpiya Stadionunda keçiriləcək oyunların təqvimi müəyyənləşib

13:50 01-12-2019 | icon 259
"Evro2020": Bakı Olimpiya Stadionunda keçiriləcək oyunların təqvimi müəyyənləşib

Futbol üzrə "Evro2020"nin A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının təqvimi müəyyənləşib.

YeniAvropa  AFFA-ya istinadən xəbər verir ki, iyunun 13-də Uels-İsveçrə, dörd gün sonra Türkiyə-Uels, ayın 21-də isə İsveçrə-Türkiyə oyunları keçiriləcək.

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.