logo

Paytaxtda soyğunçuluq edən şəxslər saxlanılıblar

18:30 30-11-2019 | icon 2268
Paytaxtda soyğunçuluq edən şəxslər saxlanılıblar

Noyabrın 29-da Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən əcnəbi vətəndaş Səbail rayonu ərazisində pulqabısının oğurlanmasını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, müraciətlə əlaqədar dərhal Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Müəyyən edilib ki, zərərçəkmişin içində 500 manatı olan pulqabısı oğurlanıb.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların paytaxt ərazisində kirayədə yaşayan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Şirxan Muxtarov və Pirallahı rayon sakini İlyas Sultanov olduqları müəyyən edilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.

Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar da varsa Daxili İşlər Nazirliyinin “102” Xidmətinə, həmçinin ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.