logo

Mədəniyyət nazirinin keçmiş müavini Prezident Administrasiyasında şöbə müdiri oldu

17:53 29-11-2019 | icon 2163
Mədəniyyət nazirinin keçmiş müavini Prezident Administrasiyasında şöbə müdiri oldu

Prezident İlham Əliyev noyabrın 29-da Ədalət Məqsəd oğlu Vəliyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Ədalət Vəliyev 1993-2006-cü illərdə  mədəniyyət nazirinin müavini , 2006-2018-ci illərdə isə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.