logo

Bakıda NATO-nun təlim kursu keçirilib

13:10 29-11-2019 | icon 252
Bakıda NATO-nun təlim kursu keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2019-cu il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında “NATO-da əməliyyatların qiymətləndirilməsi” mövzusunda təlim kursu keçirilib.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki,  NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən keçirilən kursda Alyansın nümayəndələri dinləyicilərə əməliyyatların planlaşdırılması, layihələndirilməsi və qiymətləndirilməsi prosesi, məlumatların təhlili metodları və digər mövzularda brifinqlər təqdim ediblər. Kurs müddətində, həmçinin praktiki qrup çalışmaları yerinə yetirilib.

Sonda kursun iştirakçılarına sertifikatlar təqdim olunub.