logo

Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçiriləcək

20:15 27-11-2019 | icon 280
Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçiriləcək

Dekabrın 6-da Moskvada Müstəqil Dövlətlər Birliyi(MDB) İqtisadi Şurasının 84-cü iclası keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə MDB iCrayyə Komitəsindən bildirilib.Qeyd edilib ki, iclasa Türkmənistan sədrlik edəcək.

İclasın gündəliyinə MDB ölkələrinin iqtisadi sahədə qarşılıqlı əlaqələrinin geniş spektri daxildir.

Əsas müzakirə mövzusu Müstəqil Dövlətlər Birliyinin 2030-cu ilədək iqtisadi inkişaf strategiyasının layihəsidir. Bu sənəd qlobal iqtisadi proseslərin dinamikasının təhlili, eləcə də Birlik ölkələrinin inkişaf potensialı əsasında MDB ölkələrinin qarşıdakı on il üçün iqtisadi inkişafının hədəflərini və vəzifələrini, iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirmək üçün nəzərdə tutulub.

Bundan əlavə, iclas iştirakçıları bir sıra digər maliyyə və təşkilati məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, MDB İqtisadi Şurasının iclasları hər rübdə bir dəfə keçirilir. Cari ildə ilk iclas martın 15-də Moskvada, daha sonra iyunun 21-də Belarusun paytaxtı Minsk şəhərində, sonuncu dəfə isə sentyabrın 13-də Aşqabadda baş tutub. İclaslarda Azərbaycanı baş nazirin I müavini Yaqub Eyyubov təmsil edib.