logo

Giorgi Tsereteli Nikol Paşinyanla Dağlıq Qarabağı müzakirə edib

19:57 27-11-2019 | icon 2114
Giorgi Tsereteli Nikol Paşinyanla Dağlıq Qarabağı müzakirə edib

Yerevanda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

YeniAvropa xəbər verir  ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat Xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, görüşdə tərəflər ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesindəki xüsusi rolu barədə müzakirələr aparıblar.

Həmçinin, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.

Gürcüstan və Ermənistan arasındakı qarşılıqlı əlaqələr də müzakirə mövzularından olub.