logo

İlham Əliyev albaniyalı həmkarına başsağlığı verib

17:10 27-11-2019 | icon 2233
İlham Əliyev albaniyalı həmkarına başsağlığı verib

Prezidenti İlham Əliyev noyabrın 27-də Albaniya Respublikasının prezidenti İlir Metaya başsağlığı məktubu göndərib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir: 

"Hörmətli cənab prezident,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Albaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".