logo

Ərdoğan Türkiyəni dollardan imtina etməyə çağırıb

14:30 26-11-2019 | icon 3423
Ərdoğan Türkiyəni dollardan imtina etməyə çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əhalini və ölkənin işgüzar dairələrini dollardan imtina edərək hesablaşmalarda lirədən istifadə etməyə çağırıb.

YeniAvropa Türkiyənin "NTV" telekanalına istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu barədə parlamentdə çıxışı zamanı deyib. “İqtisadiyyatımızda bərpa işləri tam gücü ilə davam edir. Bütün rəqəmlər bunu göstərir. Bizə isə hələ də batdığımızı deyirlər. Dollardan üz çevirərək valyutamıza tərəf dönək. Türk lirəsi artıq ucuzlaşmır”, - deyə prezident bildirib.

Rəcəb Tayyib Ərdoğan əhalini bu yolla milli qürur və vətənə qayğı göstərməyə çağırıb. Onun sözlərinə görə, vətənə inanan və ölkəyə pul yatıranlar qələbə qazanıb və qələbə qazanmağa davam edir.

Türkiyə son illər ticarət əməliyyatlarında, əsasən də xarici ticarət sahəsində dolların payını azaltmağa çalışır. Ankara hesablaşmalarda milli valyutaya keçid barədə planlı şəkildə hökumətlərarası sazişlər imzalayır.