logo

Bakıda iki qardaş bıçaqlanıb

22:55 23-11-2019 | icon 511
Bakıda iki qardaş bıçaqlanıb

Paytaxtda iki qardaş bıçaqlanıb.

YeniAvropa xəbər verir  ki, hadisə Suraxanı rayonu ərazisində baş verib.

Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Əmircan qəsəbəsində 1987-ci il təvəllüdlü Əliyev Ramin Natiq oğlu və 1993-cü il təvəllüdlü Əliyev Rauf Natiq oğlu bıçaqlanıblar. Hər iki yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı, Ramin Əliyevə kürək nahiyəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası, Rauf Əliyevə isə sağ qolun 1 ədəd kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.

Yaralıların sözlərinə görə, onlara tanımadıqları şəxs bıçaq xəsarətləri yetirib.

Hadisənin təfərrüatı Suraxanı rayon Polis İdarəsində araşdırılır.