logo

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin komadan ayılma ehtimalı artıb

09:35 22-11-2019 | icon 245
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin komadan ayılma ehtimalı artıb

Bakıda avtoqəza nəticəsində beynindən aldığı xəsarətdən nəticəsində bir aya yaxındır komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevdən yeni xəbər var.

YeniAvropa xəbər verir  ki, bu barədə  Gülalıyevlər ailəsinin dostları sosial şəbəkələrdə məlumat paylaşıblar.

"Oqtay bəy artıq 4-cü gündür ki, İstanbuldakı "Amerikan xəstəxanası”na gətirilib. Noyabrın 20-də təkrar əməliyyat olunub, başındakı qanlı su təmizlənib. Dünən rəngibir az özünə qayıdıb, xeyli yaxşı görünür. Həkimi Mehdi Sasani deyir ki, bu elə böyük bir əməliyyat deyil, amma beyinə yığılan kirli suyu təmizləmək onu rahatlatacaq. Nəfəs alması da yaxşılaşıb, müqaviməti yavaş-yavaş bərpa olur, sonrasını müalicə göstərəcək",- deyə ailənin dostları bildiriblər.

Həkimlərin bildirdiklərinə görə Oqtay Gülalıyevin qanında mikrob var, onu təmizləməyə çalışırlar. Xəstənin  qısa zamanda komadan ayılma ehtimalı böyükdür,

Qeyd edilir ki, "Amerikan xəstəxanası” İstanbulun ən məşhur klinikalarından biridir – həm tibbi avadanlığı, həm həkim kontingenti, həm də yüksək səviyyəli gigiyenik təmizliyi ilə. 

Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada zolağının üstündə baş verib.

Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-da burada əməliyyat olunub.Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Daha sonra isə xəstə Heydər Əliyev Fondunun yardımı ilə Türkiyəya aparılıb.

Beyni əzilməsi diaqnozu qoyulan O.Gülalıyev hazırda koma vəziyyətindədir.